Accessibility links

Çarli Çaplin


Səhnənin pioner komik klounu Çarli Çaplin 1889-cu ildə Londonda dünyaya gəlib. Onun valideynləri işsizlik və sərxoşluqla mübarizə aparıb. Kasıbçılıq və aclıq çəkən Çarli Çaplin sonralar həyat təcrübəsini klassik filmlərində əks etdirib.

Çarli Çaplin
please wait
Embed

No media source currently available

0:00 0:10:49 0:00

Çaplin doqquz yaşında aktyorluq sənətinə maraq göstərməyə başlayır və 14 yaşında şou biznesdə öz yerini tapmaq üçün evi tərk edir.

1912-ci ildə Çaplin Kaliforniya ştatında Keystone Picture Studiosunda çalışır və özünün artistlik talantını komik aktyor kimi sınayır. O, bir sıra populyar səssiz filmlərin çəkilişində iştirak edir. Onun ilk filmi 1914-cü ildə tənha çəkildiyi “Dolanışıq Üçüm Pul Qazanma” filmi idi.

Çaplinin “Venisdə Uşaq Avtomobil Yarışları” adlı ikinci filmindəki həyatdan bezmiş və məsum avara Tramp obrazı aktyora şöhrət gətirir.

Ekrandakı “Tramp” obrazı tamaşaçıların qəlbində yer tapır.

Çaplin yöndəmsiz paltarları əyninə geyinməyənədək özü də bilmirdi filmdə hansı obrazı necə oynamalıdır.

“Yalnız geyindikdə paltarlar və makiyaj mənə obrazı hiss etməyə, anlamağa kömək edir. Mən obrazla tanış olur və çəkilişlərə başladıqda artıq obraz tamamilə yaranmış olurdu,” deyə aktyor bildirir.

1918-ci ilədək Çaplin özünün studiyosunu yaratmaq və yaradıcılığına tam sahib olmaq üçün bir aktyor və kino rejissor kimi artıq püxtələşmişdir.

1919-cu ildə o həmkarları Meri Pikford, Duqlas Feyrbanks və rejissor Deyvid Vark Qriffisla birgə “The United Artists Film Distribution” adlı şirkət açır.

Çaplinin Tramp obrazı qadınların sevimlisinə çevrilir. Çaplin özü də qadın düşkünü, əsasən də gənc qadın düşkünü olur.

Onun ilk evliliy, 17 yaşlı Mildred Harrislə qurduğu ailəsi faciə ilə nəticələnir. Belə ki, onların körpə oğlu iki gün yaşadıqdan sonra vəfat edir və cəmi iki il evlilikdən sonra onlar boşanır.

Lakin həyatında emosional anlar aktyorun yaradıcılığına müsbət təsir göstərməyə başlayır. Çaplin kiçik bir oğlanla birgə filmdə çəkilməyə qərar verir.

Çarli Ceki Kuqan adlı bir usaqla tanış olur. Səkkiz yaşlı, istedadlı uşağın Çaplini eynilə təqlid etməsi tamaşaçılarda böyük gülüşə səbəb olurdu.

1921-ci ildə “Uşaq” filmi Çaplinin ən böyük uğuru olur. Bu komediya ilə dramanı özündə birləşdirən ilk görüntülü uzun film idi.

1930-cu illərdə səsli filmlərin ekrana çıxması pantomima ilə şöhrət qazanan aktyor üçün dilemmaya çevrilir. Baxmayaraq ki, Çaplin “Müasir Zaman” adlı film üçün ssenari yazır, o filmə dialoq yazmamağa, əvəzində filmə sadəcə səs effekti əlavə etməyə qərar verir. Çaplinin sevgilisi Paulett Qoddardın iştirakı ilə film uğurlu alınır.

Bundan başqa Paulitt Çaplinin Nasismin yüksəlməsinə həsr etdiyi satiric “Böyük Dikdator” filmində də iştirak edir. Amma o zaman onlar arasında münasibət artıq başa çatmışdır, sadəcə dost idilər.

Üç il sonra Çaplin özündən 34 yaş kiçik olan 18 yaşlı Oona Onillə evlənir. Onların səkkiz usağı olur və Çaplin vəfat edənədək birgə yaşayırlar.

Çaplin son illər solçuluğa simpatiyasına görə anti-kommunist hökumət rəsmiləri və mətbuat tərəfindən təqib edilirdi.

İsveçrəyə sürgün edilən Çarli Çaplin “Çarlo” kimi tanınan Avropa ölkəsində sevinclə qarşılanır.

O bir neçə mükafata layiq görülüb.

“Tramp Çarli; sadə və kasıbların hüquqlarının müdafiəçisi, geniş ürəkli Çarli, fərqli intelektual səviyyələrdən olan milyonların sevimlisi… Çarli.”

Çarli Çaplin 1977-ci ildə Milad bayramı günü vəfat edir. Amma onun ekranlaşdırdığı “Tramp” obrazı hər vaxtın ən gülməli, eyni zamanda ən qəmgin kloununu əbədiləşdirir… Çarli Çaplin.

XS
SM
MD
LG