Accessibility links

Şarlott şəhərində dinc nümayişlər davam edir


Birləşmiş Ştatların Şimali Karolina ştatının Şarlott şəhərində polisin qaradərili bir nəfəri güllələməsindən sonra üçüncü gündür davam edən nümayişlər bu gün demək olar ki, sakit keçib.

Kommendant saatına məhəl qoymayan yüzlərlə etirazçının bu gün səhər tezdən keçirdiyi yürüş zamanı heç bir insident olmayıb.

Televiziya ilə səhərə yaxın, qaranlıqda etirazçılardan bəzilərinin Milli Qvardiya nümayəndələrinin əlini sıxdığı nümayiş etdirilib.

Çümə axşamı gecə də bir qrup nümayişçi ştatın ən böyük şəhəri olan Şarlotun küşələrində yürüş keçirib. Şəhərin bəzi yerlərində etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilıb. Lakin bu kimi insidentlərin az olduğu deyilib.

Şəhər boyu xüsusi təyinatlı polis dəstələri yerləşdirilib. Statda fövqəladə vəziyyət elan edən Şarlott şəhərinin sabiq meri, qubernator Pat Makkrori qanunu pozanların həbs ediləcəyini bildirmişdi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG