Moskvada çeçen homoseksuallara işgəncələr verilməsinə etiraz edən bir neçə fəal nəzarət altına alınıb.
İşgəncələr barədə məlumatlar aprel ayında Rusiyanın “Novaya qazeta”qəzeti tərəfindən açıqqlanmışdı. Məqalədə deyilirdi ki, 100 nəfərə yaxın homoseksual işgəncəyə məruz qalıb, onlarda 3-ü həyatını itirib.
Rusiyanın müstəqil “Novaya qazeta” qəzeti iki nəfərin ailəsi tərəfindən öldürüldüyünü yazıb.
Həmin məqalə dərc ediləndən bəri qəzetdə işləyən jurnalistlərə qarşı təhdidlər başlanıb.
Associated Press də iki çeçenlə apardığı müsahibədən sonra onların ingəncələrə məruz qaldığını yayıb.
LGBT fəalı Iqor Yasinin bildirdiyinə görə, 5 nəfər Rusiyanın Baş Prokurorluğu qarşısında həbs edilib.
Həbs edilənlərdən birinin italyan olduğu deyilir.
Onlar 2 milyon imza toplayaraq, Rusiyanın cənub Çeçenistan Respublikasında yol verilən bu hala diqqət çəkməyə çalışıb.
Nyu-Yorkda yerləşən Avaaz vətəndaş hüquqları qrupu imzaların toplanmasına yardım edib.
Avaaz-ın direktoru Bert Uander həbsləri Rusiyanın homoseksualların hüquqlarının müdafiəçilərini qorxutmaq cəhdi kimi qiymətləndirib.
Mühafizəkar Çeçenistan respublikasında homoseksualların təqiblərə, işgəncələrə məruz qaldıqları, hətta qətlə yetirildikləri deyilsə də, Rusiya rəsmiləri buna dair heç bir dəlil olmadığını bildirib.
İnsan haqları qrupları mühafizəkar və ayri-seçkilik olan dini Çeçenistanda homoseksualların açıq şəkildə rədd edildiyini deyirlər.
Çeçen rəsmiləri nəinki bu barədə xəbərləri təkzib edir, çeçen homoseksualların mövcudluğunu belə inkar edir.
Çeçenistanın lideri Ramzan Kadırov Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı belə xəbərlərin provokasiya olduğunu deyib.
Ötən həftə Putin ölkənin insan haqları ombudsmanı ilə qeylərin işgəncəsi barədə müzakirələr apadıqdan sonra bununla əlaqədar hüquq-mühafizə orqanları lə danışacağını deyib.
Ombudsman Tatyana Moskalkova Çeçenistanda araşdırma aparılmasını istəyib.