Accessibility links

Çeçenistanda Ramzan Kadırov və Vladimir Putinə dəstək aksiyası keçirilib


Minlərlə insan Çeçenistanın paytaxtı Qroznıda Kremlinpərəst Ramzan Kadırov və Rusiya prezidenti Vladimir Putinə dəstəklərini nümayiş etdiriblər.

Kadırov Putinin güclü dəstəkçisi kimi tanınır. Çeçenistanın lideri bildirib ki, müxalif fəallar və müstəqil jurnalistlər psixiatrik xəstəxanaya göndərilməli və ya xain kimi ittiham olunmalıdırlar.

Kreml Kadırova geniş dəstək nümayiş etdirir.

Tənqidçilər deyir ki, Qroznıdakı dəstək nümayişində iştirak edənlər dövlət məmurları və tələbələr olub. Onlar dövlət idarələri tərəfindən nümayişlərə cəlb olunub. Dövlət rəsmiləri isə bu ittihamları rədd edir.

XS
SM
MD
LG