Accessibility links

Çeçenistanda homoseksuallar təqiblərə məruz qalır [Video]


Çeçenistanda homoseksuallar təqiblərə məruz qalır
please wait

No media source currently available

0:00 0:02:41 0:00

Mühafizəkar Çeçenistan respublikasında homoseksualların təqiblərə, işgəncələrə məruz qaldıqları, hətta qətlə yetirildikləri deyilsə də, Rusiya rəsmiləri buna dair heç bir dəlil olmadığını bildirib.

Moskva yaxınlığındakı bu evdə 6 homoseksual çeçen yaşayır. Onlar burada həyatlarını və ya ailə üzvlərini təhlükədən qorumaq üçün gizlənir. Onlar Çeçen Respublikasından müstəqil medianın yayımladığı xəbərlərdən bu ölkədə yüzlərlə homoseksualın təqiblərə məruz qaldığını, onlara işgəncələr verildiyini və azı 3-nün öldürüldüyünü öyrəndikdən sonra qaçıb.

“Bu mənim başıma əvvəllər də gəlmişdi. Lakin mən bunun kütləvi xarakter alacağını bilməzdim. Əgər onlar birini ələ keçirirlərsə, sonra bu iki, üç olur. Onları telefon əlaqələrini yoxlamaqla ələ keçirirlər. Bu, belə baş verir” deyə, İlya bildirir.

İnsan haqları qrupları mühafizəkar və ayri-seçkilik olan dini Çeçenistanda homoseksualların açıq şəkildə rədd edildiyini deyirlər.

“Mən bütün bunları unutmaq istəyərdim, lakin burada, Moskvada da bunu unutmaq çətindir. Mən dəqiq bilirəm ki, Çeçenistana bir də qayıtmayacağam” deyə, Çeçenistanlı Timur bildirir.

Onlar Çeçen rəsmiləri və ya valideynlərinin onları tapmalarından ehtiyat edirlər. İlya: “Mən eşitmişəm ki, onlar homoseksualları ələ keçirdikdən sonra valideynlərinə qaytarır və deyirlər ki, ya siz öldürün, ya da biz öldürəcəyik. Bu, ailənin ləkəsi deməkdir və qanla yuyulmalıdır.”

Çeçen rəsmiləri nəinki bu barədə xəbərləri təkzib edir, çeçen homoseksualların mövcudluğunu belə inkar edir. Çeçenistanın lideri Ramzan Kadırov Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı belə xəbərlərin provokasiya olduğunu deyib. “Bəzi necə deyərlər, “yaxşı adamlar” bizim respublikada bəzi insanların həbs edildiyini, öldürüldüyünü deyir. Hətta bir nəfərin adını çəkiblə,. lakin o, evindədir.”

Rusiya rəsmiləri də bunu təsdiq edir. Onlar Çeçenistanda zorakılıq və ya oğurluq halaları ilə bağlı məlumatın olmadığını bildirir.

Homoseksuallara gizlənməyə yardım edən fəallar isə rəsmilərə etibar etmədiklərini deyirlər.

Rusiyanın müstəqil “Novaya qazeta” qəzeti ilk dəfə Çeçenistanda homoseksuallara qarşı zorakılıqlardan, 3 homoseksualın - birinin işgəncə verilərək, digər ikisinin isə ailəsi tərəfindən öldürüldüyündən yazıb.

Həmin məqalə dərc ediləndən bəri qəzetdə işləyən jurnalistlərə qarşı təhdidlər başlanıb.

XS
SM
MD
LG