Accessibility links

Çeçenistanda bir neçə məktəbdə şagirdlər fələstinlilərə dəstək duaları oxumağa cəlb edilib


Ramzan Kadırov
Ramzan Kadırov

Kavkaz.Reali saytının xəbər verdiyinə görə, Çeçenistanda azı üç məktəbin şagirdləri fələstinlilərə dəstək duaları oxumağa cəlb edilib. Bununla bağlı videolar yerli ictimai səhifələrdə yayımlanıb.

Qroznıdakı "İslamın nuru" assosiasiyasına məxsus uşaq evinin müəllimi Zəlimxan Süleymanov uşaqlarla birlikdə dualar oxuyub. Yaradıcılıq mərkəzinin rəhbərliyi bildirib ki, o, hər dərsə dua ilə başlayır.

Şaəmi-Yurt kənd məktəbində müxtəlif yaşlı uşaqların məktəb binasında dua oxumaq üçün sıraya düzüldüyü, Samaşki kəndindəki 4 nömrəli məktəbdə isə uşaqların məktəbin həyətində namaz qıldığı, bir neçə uşağın əlində fələstin bayrağının olduğu görüntülər yayımlanıb.

Keçən həftə Çeçenistan rəhbəri Ramzan Kadırovun tələbi ilə respublikanın məscidlərində də "Fələstin və Ukraynada döyüşənlər" üçün dualar oxunub.

Kavkaz.Reali yazır ki, Çeçenistanda Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra mütəmadi olaraq Rusiya ordusuna dəstək üçün kütləvi namaz qılınır. Saytın məlumatına görə, işdən çıxarılma təhlükəsi ilə üzləşən dövlət qulluqçuları adətən evdə oxunan gecə namazını "Çeçenistanın Qəlbi" məscidində qılmağa məcbur edilir. Gecə namazı təxminən üç saat davam edir.

Çeçenistan rəhbəri Ramzan Kadırov İsraili Qəzza zolağına hücumlarına görə dəfələrlə pisləyib. O, HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumunu şərh etməyib.

Forum

XS
SM
MD
LG