Accessibility links

Çelyabinsk səmasında partlayan meteorun qırıntıları tapılıb


Alimlər ötən həftə Yer kürəsi atmosferinə nə daxil olan və Rusiyanın Ural dağları üzərində partlayan meteorun hissələrini aşkar edib.

Axtarış işçiləri nəhəng meteordan qopan və Çebarkul gölünün buzunu altı metr enində qıraraq deşik açan 50 kiçik hissəcik aşkar edib.

Rusiyanın Elmi Araşdırmalar Akademiyasının üzvü Viktor Qrokovski deyib ki, qırıntılar Yer kürəsində əvvəllər də aşkar edilən kondrit meteorunun hissələridir.

Ötən cümə günü Çelyabinsk səmasında partlayan meteor 5000 binanın pəncərələrinin şüşələrini sındırıb. Hadisədə minlərlə insan yaralanıb. ABŞ fəza agentliyi NASA bildirib ki, Çelyabinsk səmasındakı meteor partlayışı 30 nüvə bombası gücündə olub.

Çelyabinsk vilayətinin qubernatoru hadisənin regiona 33 milyon dollar ziyan vurduğunu deyib.

Rəsmilər yerli sakinlərin internetdə satmaq məqsədi ilə gölün ərazisindən meteor qırıntılarını toplamamaları üçün ərazini əhatəyə alıb.
XS
SM
MD
LG