Accessibility links

2016-cı il Kimya üzrə Nobel laureatlarının adları açıqlanıb


Nobel münsiflər heyəti 3 alimi - Jan-Peir Sulvaj, Ceyms Freyzer Stoddart və Bernard Ferinqanı 2016-cı il Kimya üzrə Nobel Mükafatına layiq görülüb. Onlar molekulyar maşınlar ixtira etdiklərinə görə Nobel laureatı elan ediliblər.

Laureatlar tükdən 1000 dəfə nazik molekul maşını hazırlayıblar və bu maşına enerji verəndə onun bəzi hissəciklərə hərəkətə gəlir.

Stokholmdakı İsveç Kral Akademiyasından danışan Nobel Kimya Komitəsinin sədri Sara Snoqerup bu işin mühümlüyündən danışıb.

"Bu gün səhər siz kofe hazırlamısınız və ya mühərrikli maşınlarla bura gəlmisiniz - siz insanların istehsal etdiyi santimetr-metr ölçülü maşınlardan istifadə edirsiniz. Son yarım əsrdən çoxdur alimlər bu inkişafı təkmillədirərəkmolekulyar millimetrə - nanometrlərə endirmək istəyib. Bir nanometr millimetrdən 1 milyon dəfə kiçikdir. Burada bizim bəzi molekulyar maşınlarımız, molekulyar mühərriklərimiz, əzələ, yaddaş, lift və molekulyar avtomobilimiz var."

Nanometr ölçü maşınlar üzərində nəzarət yeni materialların və eneji saxlanması sistemlərinin təkmilləşdirilməsinə gətirib çıxara bilər.

XS
SM
MD
LG