Accessibility links

Boko Haram terrorçu qrupunun 22 lider və döyüşçüsü ələ keçirilib


Nigeriya hökuməti Çibokda məktəbli qızları oğurlayan və onlarla intiharçı hücumuna məsuliyyət daşıyan Boko Haram qrupunun 22 lider və döyüşçüsünü ələ keçirməklə terrorçu qrupa güclü zərbə endirib.

Polis rəsmiləri ələ keçirilən şəxslərin törətdikləri cinayətlərin bəzilərini etiraf etdiklərini bildirib.

“Onlar Çibok qızlarının oğurlanmasında, digərləri isə bütün şəhər boyu həyata keçirilən intiharçl hücumların hazırlanmasında iştirak edib. Onlar həmçinin, Bama, Qvoza, Mubi və digər şəhərlərə hücum etməklərini də etiraf edib. Çiboka məktəbinə edilən hücuma gəldikdə, onlardan səkkizi bu hücumun həyata keçirilməsində iştirak etdiklərini etiraf edib” deyə Polis Komissiyasının müavini Abba Kyari bildirib.

Rəsmi həmçinin bildirib ki, şübhəlilərdən əldə edilən məlumatlar Boko Haram qrupunun digər komandirlərinin həbs edilməsinə yardım edəcək.

Boko Haram 9 il ərzində 20 mindən çox insan öldürüb.

Çibok məktəbindən oğurlanmış onlarla qız azad edilib. Lakin 100-dən çox qız hələ də itkin hesab edilir.

XS
SM
MD
LG