Accessibility links

Çikaqonun Linkoln Park Heyvanxanası [Video]


Çikaqonun Linkoln Park Heyvanxanası
please wait

No media source currently available

0:00 0:02:38 0:00

ABŞ-ın ən köhnə zooparklarından biri hesab edilən Çikaqo şəhərindəki Linkoln Park Heyvanxanası özünün 150-ci ildönümünü qeyd edir. Bu heyvanxana 1868-ci ildə cəmi iki qu quşu ilə açılıb. Bu gün bu heyvanxana böyük kolleksiyaya malik olsa da, prioritetləri dəyişməyib. Burada diqqət əsasən nadir heyvanların qorunmasına, tədris proqramlarının təşkilinə və gələcək heyvansevərlər üçün nəslinə nümunələrin saxlanmasına yönəlib.

Çikaqonun “Linkoln Park" heyvanxanasının tarixi 150 il əvvəl, Nyu-York rəsmilərinin hədiyyəsi ilə başlayıb. Menecer ben Hant: “Bu, Nyu-Yorkun Mərkəzi Parkının rəsmiləri Çikaqo şəhərinin İctimai İşlər İdarəsinin rəsmilərinə iki qu quşu hədiyyə etdikdən sonra baş verdi. Əslində, bu hədiyyə iki qardaşdan, Nyu-York şəhərində bir sıra məşhur mədəniyyət ocaqlarının açılmasında əməyi olan Endryu Qrinə və onun İllinoys şatatındakı Miçiqan Kanalında işləyən qardaşından idi.”

Qu quşları heyvanxanaya uğur gətirdi. Onların nəsli bu gün də heyvanxananın hovuzlarında üzür. Lakin burada çox şey görmək olar. Beş kvadrat kilometr sahəsi olan “Linkoln Park" heyvanxanasında dəniz şirləri üçün böyük hovuz, vəhşi heyvanlar və məməlilər üçün geniş ərazilər var. 200-dən çox heyvan növü olan bu heyvanxanaya hər il üç milyona qədər ziyarətçi gəlir. “Mən heyvanxanaya tez-tez gəlirəm. Biz Çikaqoda yaşayırıq. Amma buranın yubileyi olduğunu bilmirdim. Əladır!”

Lakin iqlim dəyişikliyi və heyvanların təbiətdən uzaqlaşması onların çoxunun sağ qalması uğrunda mübarizə deməkdir. Ben Hant: “Bu Afrika pinqvinlərinin təbiətdə kökü kəsilmək üzrədir və biz başqa heyvanxanalarla birlikdə onların nəslinin artırılması yolunda çalışırıq. Burada balaca bir pinqvinin dunyaya gəlməsi sevindirici haldır. O artıq 4 aylıqdır, lakin valideynləri boydadır.”

Çox adam pinqvinlərin yalnız buzlu Antarktidada yaşadığını düşünür. Lakin bu balacalar Cənubi Afrikadan gəlib. Çikaqonun havası ora ilə eyni olduğu üçün pinqvinlər bu küləkli şəhərin həm qarşı qışında, həm də ilıq yayında özlərini evdəki kimi hiss edir. “Fikrimcə bura pinqvinlər üçün ən əlverişli yerdir” deyə, ziyarətçilərdən biri bildirir.

“Əvvəllər bu heyvanxana adi park kimi pulsuz idi. Sual 1870-ci illərdə qalxdı. Heyvanların və binalardan bəzilərinin xərclərinin ödənilməsi üçün heyvanxananı pullu etmək lazımdır, ya yox? Lakin pulsuz qalması qərarı verildi” deyə, Ben hant bildirir.

“Linkoln Park" heyvanxanasında son 150 ildə çox şey dəyişsə də, bir şey dəyişməyib. Bu da həm ziyarətçilər, həm də tədqiqatçıların vəhşi təbiətin onların yaxınlığında olmasına minnətdarlıqdır.

XS
SM
MD
LG