Accessibility links

Uşaqlar arasında artıq çəki və piylənmə halları sürətlə artır [Video]


Dünya boyu son bir neçə nəsil üzərində aparılan araşdırmaların nəticələri uşaqlar arasında artıq çəki və piylənmə hallarının artdığını göstərib. Ən böyük epidemioloji tədqiqatlardan birində alimlər dünyanın bir çox yerlərində bu məsələ ilə bağlı dramatik dəyişikliklər olduğunu aşkar edib.

Ümumdünya Səhiyyə Təşkilatı və Londonun İmperial Kollecinin apardığı araşdırmalar dünyada 130 milyon insanın çəkisi və hündürlüyü ilə bədənin kütlə indeksini (BMİ) müəyyən etməyə çalışıb. Nəticələr qənaətbəxş olmayıb.

Dörd oniliikdən, 1975-ci ildən bəri uşaqlar və yeniyetmələr arasında piylənmə halları on dəfə artıb. Bu, qlobal problemdir. Lakin ən böyük dəyişikliklər Şərqi Asiyada, Yaxın Şərqdə, Şimali Afrikada və Latın Amerikasında, yəni orta gəlirli ölkələrdə baş verib. Araşdırmanın müəllifi, professor Məcid İzzəti: “Belə ki, 30-40 il əvvəl artıq çəki və piylənmə halları çox az idi və bu problem sürətlə artaraq, epidemiya halı alıb.”

Yüksək gəlirli ölkələrdəkı uşaqlarda da piylənmə halları çox yüksəkdir. Bu qrupa daxil olan Birləşmiş Ştatlar kök uşaqların sayına görə ən yuxarı yerdədir.

Tədqiqatçılar bu qlobal epidemiyanın səbəbinin ərzaq marketinqi və uğursuz siyasətin nəticəsi olduğunu deyirlər. “İnsanların fərdi seçimi olmaqdansa, onlar yeməyi ağır ətraf mühit şəraitində əldə edir. Sağlam yeməklərin qiyməti olduqca yüksəkdir. Sağlam yemək yoxsul təbəqə üçün əlçatmazdır. Qeyri-sağlam ərzaq malları oynamağa yeri olmayan uşaqların çəkisinə təsir edir” deyə, Məcid İzzəti bildirir.

Piylənmə ürək-damaq xəstəlikləri, iflic, diabet və bəzi xərçəng növləri daxil edilməklə, bir çox xəstəliklərə səbəb olur. Lakin uşaqlıq dövründə də bunun mənfi təsirləri olur. “Beləliklə, bu utancla bağlıdır. Bunun uşaqlara psixoloji təsirləri olur. Bunun uşaqların təhsilinə də təsiri olduğu ilə bağlı dəlillər var.”

Araşdırmalarda azçəkili uşaq probleminə də toxunulub. Əsasən dünyanın yoxsul ölkələri olmaqla, bu, hələ də sağlamlıq problemlərindən biridir. Yeniyetmələr arasında çəki azlığı ən çox Hindistanda müşahidə olunub.

Hesabatın müəllifləri siyasətçiləri qeyri-sağlam yeməklərin vergisini qaldırmaqla yanaşı, xüsusilə yoxsul ailələr və icmaların evdə və məktəbdə yeməklərin sağlam və əlçatan olmasına imkan yaratmağa çağırır

XS
SM
MD
LG