Accessibility links

Çilidə etirazlar davam edir, ölənlər var


Çərşənbə günü Çili boyunca günlərdir davam edən zorakı iğtişaşlar və etirazlar hökumətin ölkənin yarıdan çoxuna tətbiq olunan komendant saatının uzatmasına səbəb olub.

Etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş verən toqquşma nəticəsində ən azı 18 nəfər ölüb, 2600 nəfər həbs edilib.

Ötən həftə Santiaqoda metro biletlərinin dəyərinin dörd faizdən çox artıması ilə başlayan etirazlar Latın Amerikasının ən varlı ölkəsinin çiçəklənməkdən kənarda qaldıqlarını hiss edən adi Çili vətəndaşlarını məyus edərək bütün ölkə boyu yayılıb.

"Bura toplaşanları onlara yetərli olmayacaq və ac qoyacaq pensiyaları, keyfiyyətsiz təhsili, uşaqlar üçün bu ölkədə gələcəyin olmaması narahat edir, insanlar artıq qorxularını itiriblər", müəllim Raul Peralta deyir.

Etirazçılar metro stansiyalarını yandırdılar; avtobuslar və banklar yandırılıb; müəssisələr ziyan görüb və talan edilib, əmlaklar məhv edilib, iğtişaşçılar mühafizəkar prezident Sebastian Pineranın istefasını tələb edirlər.

Bazar ertəsi gecə hökumət təklif olunan tarifləri ləğv edib və Pinera fərqli fraksiyalarla görüşməyə və zorakılığa son vermək yollarını müzakirə etməyə hazır olduğunu bildirib.

Lakin Pineranın səyləri onun Çilinin "heç kimə və ya heç nəyə hörmət etməyən və heç bir məhdudiyyət olmadan zorakılıq və cinayətdən istifadə etməyə hazır olan güclü və amansız düşmənlə müharibə etdiyini" söylədikdən sonra müxalifət tərəfindən rədd edilib.

Bu şərh məşhurlar, siyasətçilər və futbol oyunçuları tərəfindən qınağa səbəb olub.

XS
SM
MD
LG