Accessibility links

Çilidə 8 nazir vəzifədən uzaqlaşdırılsa da etirazlar davam edir


Çili prezidenti Sebastian Pineranın nazirlər kabinetinin səkkiz nazirini əvəz etməsinə baxmayaraq, bazar ertəsi minlərlə etirazçı küçələrə çıxıb. Çilidə minlərlə insan günlərdir daha böyük bərabərliyə və sosial xidmətlərin yaxşılaşdırılmasına çağırış edərək etiraz edir.

Bir qrup etirazçı fast-food restoranı və mağazalar olan binanı, digəri isə Santyaqonun mərkəzindəki metro stansiyasını yandırıb.

Şəhər boyu bir çox binaların divarlarında və küçələrdə Pineraya lənət və inqilaba çağırış məzmunlu qrafitilərini görmək mümkündür.

Bu son nümayişlər prezident Pineranın daxili işlər, maliyyə, iqtisadiyyat, əmək nazirilkləri və digər dörd nazirliyin rəhbərlərini daha mərkəzçi hesab edilən gənc məmurlarla əvəz etməsindən sonra baş verib.

Santyaqoda metro biletlərinin dəyərinin dörd faizdən çox artırılması ilə əlaqədar başlayan etirazlar bütün ölkə boyu yayılıb.

"Bura toplaşanları onlara yetərli olmayacaq və ac qoyacaq pensiyaları, keyfiyyətsiz təhsil, uşaqlar üçün bu ölkədə gələcəyin olmaması narahat edir, insanlar artıq qorxularını itiriblər", müəllim Raul Peralta deyi.

Etirazçılar metro stansiyalarını yandırıblar; avtobuslar və banklar yandırılıb; müəssisələr ziyan görüb və talan edilib, əmlaklar məhv edilib, iğtişaşçılar mühafizəkar prezident Sebastian Pineranın istefasını tələb edirlər.

10 gündür davam edən etirazlar zamanı ölənlərin sayı 20-yə çatıb. Onlardan neçəsinin polis, neçəsinin isə talançılar tərəfindən öldürüldüyü məlum deyil.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG