Accessibility links

Çilidəki meşə yanğınlarının söndürülməsi istiqamətində işlər davam edir


Artıq yarım milyon hektardan çox sahəni əhatə edən Çilidəki meşə yanğınlarının bir hissəsi Birləşmiş Ştatlar və Rusiyanın super-tanker təyyarələrinin və müxtəlif ölkələrin xüsusi dəstələrinin köməyi ilə bazar günü söndürülüb.

Milli Meşə Korporasiyası 118 yanğından 59-nun hələ də aktiv olduğunu bildirib.

Rəsmilər yanğına səbəbin iqlim dəyişikliyinin və Çili meşələrındə yetişən böyük mono-kultura bitkilərinın olduğunu deyib.

Paytaxt Santyaqodan 400 km cənubdakı Bio-Bio regionunun Portezelo bölgəsi sakinləri yanğının qarşısını almağa cəhd göstərıb, lakin küləyin istiqaməti dəyişdiyini və alovun sürətlə yayıldığını görüb, ərazini tərk etməyə məcbur olublar.

Təhlükəli olan digər ərazilərdən də sakinlər polis və ordunun köməyi ilə evakuasiya edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG