Çin prezidenti Şi Tsinpin bazar ertəsi afrikalı siyasi və biznes liderlərinə bildirib ki, Çinin qitəyə qoyduğu sərmayələr “ad qazanmaq” üçün deyil, Afrikanın inkişafının yaxşılaşdırmaq niyyəti ilə edilir.
Şinin hər üç ildən bir keçirilən Çin-Afrika Əməkdaşlıq Forumunda çıxışının məqsədi afrikalı nümayəndələri nəhəng infrastruktur layihələrinin həyata keçirilməsi üçün milyardlarla dollar borc verməsini nəzərdə tutan təşəbbüsdə əmin etmək idi.
“Çinin Afrika ölkələrinə sərmayəsində heç bir siyasi niyyət yoxdur” – deyə Çin prezidenti bildirib: “Çin Afrikanın daxili işlərinə müdaxilə etmir və öz siyasi iradəsini də Afrikaya təlqin etmir.”
Şinin tənqidçiləri deyirlər ki, böyük məbləğdə borc bu ölkələri Çindən asılı vəziyyətə salacaq.
Çin son illər Afrika ölkələrində bir neçə infrasturktur layihələri həyata keçirib. Şi, 2015-ci ildə Cənubi Afrikada keçirilən sonuncu forumda 60 milyard dollar həcmində kredit və dəstək söz vermişdi.