Accessibility links

Çində avtobus qəzası nəticəsində ən azı 36 insan ölüb


Rəsmilər avtobusun tunelin içində divara çırpıldığını bildirirlər

Çin rəsmilərindən verilən məlumata görə, ölkənin mərkəzində yerləşən Şensi vilayətində baş vermiş avtobus qəzası nəticəsində ən azı 36 insan ölüb, 13 nəfər xəsarət alıb.

Cümə axşamı gecə saatlarında baş verən hadisənin istintaqının davam etməsinə baxmayaraq, rəsmilər avtobusun tuneli içində divara çırpıldığını deyiblər.

Xəbər agentlikləri bildirirlər ki, qəza hadisəsi zamanı digər avtomobillərin xəsarət aldığını göstərən heç bir məlumat yoxdur.

Ümumdünya Səhiyyə Təşkilatı yol-nəqliyyat hadisələri səbəbindən Çində hər il 260,000 insanın ölümünə səbəb olduğunu bildirir.

XS
SM
MD
LG