Çinin şimalındakı rəsmilər çərşənbə günü avtobusu yandırmaqda şübhəli bilinən şəxsi axtarır. Hadisə nəticəsində 14 nəfər ölüb, 32 nəfər isə xəsarət alıb.
Yanğın ucqar Ningşia əyalətinin Yinçuan şəhərində baş verib. Dövlət yayım şirkəti olan CCTV polisin bu “ağır cinayətlə” əlaqəli olaraq Ma Yongping adlı şəxsi axtardığını bildirib.
Dövlət televiziyası avtobusun mebel dükanı önündə alova büründüyünü göstərən video yayımlayıb.
Hadisəyə səbəb hələ ki, müəyyən olunmayıb. Çin mediası rəsmilərin şübhəli şəxsə məxsus üç maşını axtardığını xəbəbr verir.
Çində son illərlə bir neçə ciddi avtobus yanğınları baş verib ki, bunların qəsdən olunduğu bildirilib. 2013-cü ildə psixi problemlərdən əziyyət çəkən şəxs şərqi Çində 47 nəfərin ölümü ilə nəticələnən yanğında təqsirləndirilmişdi.
Röyter xəbər agentliyinin məlumatına görə, nizamlayıcılar son yanğınlardan bəzilərinə səbəb kimi avtobusların qüsurlu dizaynını göstərib.