Accessibility links

Şi Çinin öz torpaqlarını heç kimə güzəştə getməyəcəyini bildirib


Çin prezidenti Şi Tsinpinq iqtidarda olan Kommunist Partiyasının hərbi qolunun yaranmasının 90-cı ildönümünü qeyd edərək, ölkəsinin öz torpaqlarını heç bir xarici qüvvəyə güzəştə getməyəcəyini bildirib.

Şi Çin qürürü mesajını partiya rəsmiləri və Çin Xalq Azadlıq Ordusunun yüksək rütbəli zabitləri önündə ifadə edib.

“Biz heç kimə, heç bir təşkilata, heç bir siyasi partiyaya Çinin ərazisini nə zamansa, hansısa bir formada bölməsinə imkan verməyəcəyik.”

Çin müxtəlif ərazi mübahisələrinə cəlb olunub. Xüsusilə də qonşularının etirazlarına məhəl qoymayaraq, süni adaları hərbi sahələrə çevirdiyi Cənubi Çin Dənizi ərazisində.

Şinin rəhbərliyi altında Çin Xalq Azadlıq Ordusu iddialı hərbi modernləşdirmə proqramını həyata keçirməkdədir. Çin bu proqramla orduya yeni texnologiyalar və təyyarə daşıyan gəmilər əlavə edərək, hərbi qüdrətini ABŞ-la bərabərləşdirmək niyyətindədir.

XS
SM
MD
LG