Accessibility links

Çin səhmləri düşməyə davam edir


Çərşənbə axşamı Asiya birjası 7,6 faiz dəyər itirib

Çərşənbə axşamı Cin səhmləri Asiya birjasında kəskin dəyər itirib və nəticədə birja 7,6 faiz daha aşağı göstərici ilə bağlanıb.

Səhm birjası açıldığında Şanxayın əsas indeksi kəskin düşsə də, daha sonra artıb və bir ara sadəcə 4 faiz aşağı olub. Gündüz saatlarında səhmlər yenə düşdüyü üçün Yaponiya və Honq Konq birjalarında da satışlar müşahidə edilib.

Yaponiyanın Nikkei indeksi 4 faiz aşağı göstərici ilə bağlanıb, Honq Konqun Hanq Senq indeksi isə son saat ərzində müsbət göstərici ilə bağlanıb.

Honq Konqun qiymətli kağızlar brokeri Fransis Lun deyir ki, Honq Konq birjasında daha çox ağıllı insanlar alış-veriş edir.

“Birja çox ucuzdur və indi səhm almaq üçün yaxşı vaxtdır. Biz isə panika yaradan, səhmləri satan insanlar əvəzinə daha çox insanın səhmlər aldığını müşahidə edirik və bu yaxşı əlamətdir,” deyə o bildirib.

Eyni zamanda isə Britaniya, Almaniya və Fransada indekslər əvvəlki göstəricilərə nisbətən 2 faiz yüksək olub.

Çinin iflasa doğru gedən iqtisadiyyatı ilə bağlı narahatlıqlar bazar ertəsi qlobal səhm və neft qiymətlərinin düşməsinə səbəb olub. Buna Çində 8 faizlik eniş daxildir.

Bazar ertəsi enmələrin sırasına ABŞ birjası daxil olub. Belə ki, gün ərzində dəyişkən olan birja dünən 3.6 faiz aşağı göstərici ilə bağlanıb.

Ekspertlər deyir ki, 2009-cu ildən bəri üç qat artımdan sonra səhm birjasında ciddi dəyər itkiləri müşahidə olunacaq.

Onların sözlərinə görə, bu hadisə investorları narahat edə bilər, amma bu, iqtisadiyyat üçün sağlam bir dəyişiklikdir və səhm qiymətlərinin şişirdilməsinin qarşısını alır.

Çinin artan iqtisadiyyatı uzun illər boyu bir çox əmtəə malları və digər məhsulların böyük bazarı olub.

XS
SM
MD
LG