Accessibility links

Çinin Şimali Koreyadan gələn idxalı 38 faiz aşağı düşüb


Çinin Şimali Koreyadan gələn idxalı sentyabr ayında keçən ilin eyni dövrü ilə müqayisədə 37.9 faiz aşağı düşüb. Gömrük rəsmilərinin verdiyi məlumata görə, bu azalma yeddinci aydır ki davam edir.

Çin-ABŞ münasibətləri prezident Donald Trampın Çinin ticarət siyasəti ilə bağlı tənqidlərinın sonra gərginləşib. Tramp Pxenyanın nüvə və raket proqramları ilə bağlı Pekinin Şimali Koreyaya təzyiq göstərməli olduğunu dəfələrlə bildirib.

Gömrük rəsmiləri Çinin Şimali Koreyaya ixracı sentyabr ayında keçən ilin eyni dövrü ilə müqayisədə 6.7 faiz aşağı düşdüyünü və sonuncu ayı heç bir dəniz məhsul idxalı qeydə alınmadığını bildiriblər.

Bu il ərzində Çinin Şimali Koreyadan gələn idxalı 16.7 faiz aşağı düşərək, 1.48 milyard dollar təşkil edir. Eyni dövrdə qeyd alınan ixrac isə əksinə, 20.9 faiz artaraq, 2.55 milyard dollar təşkil edib.

Bununla Çinin Şimali Koreya ilə müsbət ticarət balansı ilin ilk doqquz ayında 1.07 milyard dollar olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG