Accessibility links

Çin, raket sınağına görə, Şimali Koreyanı qınadı


Şimali Korea lideri Kim Conq Un daha öncə həyata keçirdikləri qitələrarası ballistik raketin uğurlu sınağını bayram edir.

Çin dünən qitələrarası ballistik raketin buraxılmasına görə, Şimali Koreyanı qınayıb və ABŞ-la Cənubi Koreyanın kommunist ölkəsinə ünvanladığı tənqidlərinə qoşulub.

Vaşinqtonun və Seulun müdafiə rəsmiləri bildirirlər ki, qitələrarası ballistik raket dünən Şimali Koreyanın şimali hissəsində yerləşən Mupyonq sahəsindən buraxılıb. Raket 40-45 dəqiqə ərzində 3,000 kilometr hündürlüyə qalxaraq, 1,000 kilometrə yaxın məsafəni qət etdikdən sonra Yapon dənizinə, Yaponiyanın Hokkaydo adasından 160 kilometr məsafədə düşüb.

Raketin buraxılmasından sonra Ağ Ev, bəyanatında bildirib ki, Şimali Koreyanın raket sınağı ölkəni daha da çox təcrid edəcək “düşüncəsiz və təhlükəli bir addımdır.” Bəyanatda əlavə edilir ki, “ABŞ ölkənin və regiondakı tərəfdaşlarının təhülkəsizliyini qorumaq üçün bütün lazımi tədbirləri görəcək.”

Şimali Koreyanın qitələrarası ballistik raket sınağına cavab olaraq, ABŞ və Cənubi Koreya nəzarətlərində olan su ərazilərinə bir neçə raket buraxıblar. Ordu rəsmiləri bildiriblər ki, raket əleyhinə müdafiə sistemi ehtiyac yarandığı halda, çox sürətlə işlək vəziyyətə gətirilə bilər.

XS
SM
MD
LG