Accessibility links

Çinin Sincan vilayətində baş qaldıran zorakılıq nəticəsində 27 adam həlak olub


Çinin dövlət Sinxua agentliyinin bildirdiyinə görə, Sincan vilayətində yol verilən zorakılıq nəticəsində 27 adam həlak olub.

Səhər saatlarında bıçaqlarla silahlanmış bir qrup insan polis idarələri və hökumət binalarına hücum edib. Lukqun şəhərində baş qaldıran iğtişaş zamanı insanlar bıçaqlanıb, maşınlar yandırılıb. Nəticədə 9 təhlükəsizlik işçisi, 8 mülki vətəndaş və 10 şübhəli öldürülüb.

İğtişaşçıların etnik mənsubiyyəti barədə məlumat verilmir.

Uyğurların çoxluq təşkil etdiyi bu vilayətdə müsəlman uyğurlarla Han çinliləri arasında etnik münaqişəyə tez-tez yol verilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG