Accessibility links

Çində tanker partlayıb - 19 ölü


Çinin Tsenjan vilayətində qaz tankerinin partlayışı nəticəsində 19 nəfər ölüb, 170-dən çox adam yaralanıb.

Sinxua xəbər agentliyinin verdiyi məlumata görə, tanker maqistral yoldan çıxarkən partlayıb.

Tüstü və alov yaxınlıqdakı fabrik və evlərə, habelə maşınlara ziyan vurub.

Yanğınsöndürmə idarəsindn fabrikin mərhələli şəkildə çökdüyü, 50-60 mertlik məsafədə yerləşən binanın 200 otağına, yaxınlıqdakı maşınlara ziyan dəydiyi bildirilib.

Partlayış səbəbi ilə ölənlərin əksəriyyəti piyadalar və miqrant işçilərdir.

Hadisə ilə bağlı təcili istantaq başladılıb.

Nəqliyyat polisinə təhlükəli kimyəvi maddələr daşınan maşınların yoxlanışında əlavə ölçülər götürülməsinə göstəriş verilib.

XS
SM
MD
LG