Accessibility links

Çin avtomobil tarifini azaldır


Çin çərşənbə axşamı bildirib ki, 1 iyul tarixindən etibarən ölkəyə ixrac edilən avtomobillərin əksəriyyətinə tətbiq edilən tarif 25 faizdən 15 faizə endiriləcək.

Çinin maliyyə nazirinin bu elanı prezident Şi Tsinpinin keçən ay ixrac edilən məhsullara tarifin azaldılması və Çin avtomobil sənayəsində xaricilərin sahibkarlıq məhdudiyyətlərinin yumşaldılması ilə bağlı vədlərindən sonraya təsadüf edir.

ABŞ prezidenti Donald Tramp dəfələrlə Çinin avtomobil ixracına tətbiq etdiyi 25 faiz tarifin əsas ticarət baryeri olduğunu deyərək, diqqəti ABŞ-ın Çinlə ticarət defisitinə yönəldib.

ABŞ maliyyə naziri Stiven Mnuçin bazar günü deyib ki, ticarət məsələləri ilə bağlı son danışıqlarda iki ölkə, fəaliyyət istiqamətində razılığa gəlməklə bərabər, çox əhəmiyyətli tərəqqiyə nail olublar və Çin ticarət fərqini “əsaslı azaltmaq” üçün daha çox Amerika məhsulu almağa razılıq verib.

Tramp deyir ki, əldə edilən razılaşma ABŞ fermerləri üçün də gəlirli olacaq.

XS
SM
MD
LG