Accessibility links

Çin ABŞ-ı “iqtisadi təhdidi” dayandırmağı çağırır


Tarif rəqabəti nəticəsində Çin ilə ticarət müharibəsi qorxusu bazar ertəsi ABŞ səhmlərinin artmasına təsir edib.

Daha öncə Asiya səhmlərinin göstəriciləri bir-birindən fərqlənsə də, Avropa indeksləri gün ərzində aşağı olub.

Keçən həftə ABŞ prezidenti Donald Tramp Çin idxalına 60 milyard dollar dəyərində tariflərin tətbiq ediləcəyini elan edəndən sonra, qlobal bazarda göstəricilər kəskin aşağı düşdü. Tramp bu təşəbbüslə Birləşmiş Ştatlar və Çin arasında 375 milyard dollar ticarət münasibətlərində ABŞ-ın 100 milyard dollar defisitini azaltmaq istəyir.

Tramp administrasiyası Çindən ABŞ avtomobillərinin ixracına tətbiq edilən tariflərin azaldılmasını və bazarlarını ABŞ maliyyə xidmətləri şirkətləri üçün açmağı istəyir.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq deyib ki, Çin ABŞ rəsmiləri ilə hər iki ölkə arasındakı ticarət məsələləri üzərində çalışa bilər. Bununla bərabər, Çin Xarici İşlər Nazirliyi Birləşmiş Ştatlardan tariflərlə bağlı “iqtisadi təhdidi” dayandırmaq çağırışı edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG