Accessibility links

Çində uşaq bağçasının giriş qapısında partlayış olub


Çində uşaq bağçasının giriş qapısında partlayış 7 uşağın ölümünə səbəb olub.

Tsianqsu vilayətində baş verən hadisə 59 nəfərin xəsarət alması ilə nəticələnib.

Yerli vaxtla 16:30-da baş verən partlayışla bağlı istintaq aparılır. Hələ ki, bunun qəza və ya qəsdən törədilən hücum olduğu bəlli deyil.

Sosial mediada yayılaa videoda qan içərisində uşaqların yerdə uzandığı nümayiş etdirilib.

Qan gölməcələrində paltar, ayaqqabı və uşaqlara məxsus digər əşyalar göstərilib.

Çində uşaq bağçalarına qisas mahiyyəti ilə hücumlar edilir.

XS
SM
MD
LG