Accessibility links

Çin alimləri H1N1 virusunun yeni növünü aşkarlayıb


Çində elm adamları donuzlarda insanlara yoluxa biləcək və yeni bir pandemiyaya səbəb ola biləcək qrip virusunun yeni növünü tapıblar.

ABŞ-da nəşr olunan "Proceedings of the National Science" jurnalında yayımlanan bir yazıda alimlər yeni "G4" növünün 2011 və 2018 arasında 10 vilayətdə donuz fermaları və əkin sahələrinin nəzarət proqramı zamanı aşkar edildiyini deyir.

Yeni virus 2009-cu ildə dünyada yüz minlərlə insanın ölümünə səbəb olan H1N1 donuz qripi virusunun dəyişikliyə uğramış formasıdır.

Alimlər G4 virusunun artıq Çinin müxtəlif fermalarında və əkin sahələrində işçilərə yoluxduğunu aşkar ediblər. H1N1-nin yeni növü insanın hava yollarındkı hüceyrələrdə böyüyə və sürətlə çoxala bilər, lakin xəstəliyin insandan insana təmas yolu ilə yayıla biləcəyinə dair bir dəlil yoxdur.

Tədqiqatçılar G4-ün H1N1-dən qaynaqlandığına baxmayaraq, mövcud qrip peyvəndlərinin yeni virusdan qorumadığını da müəyyən ediblər.

Tədqiqat sənədində G4-də "pandemiya üçün lazımi əlamətlər var" fikri ifadə edilib. Elm adamları donuz fermerlərini virusun donuzlar arasında yayılmasına nəzarət etməyə və heyvanlarla işləyən insanları yaxından izləməyə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG