Accessibility links

Çin alimləri xərçəng xəstəliyinin müalicəsində mühüm inkişaf əldə etdiklərini bildirir


Çin alimləri xərçəng hüceyrələrini məhv edib normal hüceyrələrə toxunmayan virusu aşkar edib testdən keçirdiklərini bildirir.

Çinin dövlətə məxsus mediasının verdiyi məlumata əsasən, M1 adı il tanınan virus ölkənin cənubundakı Haynan vilayətində mövcud olan ağcaqanaddan alınıb.

Virusun qara ciyər, dalaq, yoöun və düz bağırsaqda xərçəng hüceyrələrinin böyüməsinin qarşısını aldığı bildirilir. Hələlik virus yalnız siçanlar üzərində təcrübədən keçirlib.

Çinin dövlətə məxsus radiosunun verdiyi məlumata görə, alimlər virusu gələn həftə müymunlar üzərində təcrübədən keçirməyə hazırlaşır.

Virusu aşkar edən Sun Yat-Sen universitetinin alimlərindən ibarət qrupa tədqiqatçı alim yan Quanmey başçılıq edib.

O, müxbirlərlə tədqiqatçarın xərçəng xəstəliyinin müalicəsində böyük dönüş yaradacağına inandığını deyib və alimlərdən ibarət qrupun kliniki testləri üç ərzində başlaya biləcəyini əlavə edib.

XS
SM
MD
LG