Accessibility links

Çinin Kunminq şəhərində kütləvi bıçaqlama


Çinin cənub Kunminq şəhərində bıçaqlama nəticəsində 33 adam ölüb,130 nəfər yaralanıb. Ölənlərin 4-ü hücumçudur. Onlar polisin atəşi nəticəsində həlak olub. Hücumçulardan biri nəzarət altına alınıb.

10 nəfər naməlum şəxs dəmir yolu stansiyasında insanlara hucüm edib. Bölgədə axtarışlar davam etdirilir. Şahidlərin dediyinə görə, hücumçular stasiyaya daxil olaraq insanları bıçaqlamağa başlayıb.

Hadisə yerində çəkilən şəkillər insanları qan içərisində göstərir.

Hücumun məsuliyyətini üzərinə götürən olmayıb. Hadisənin motivləri də bəlli deyil.
Çin bu kimi hücumlara görə, Sincan vilayətinin islamçı ektremistlərini günahlandırır.
XS
SM
MD
LG