Accessibility links

Çində avtomobil qəzası


Çinin dövlət mediasının bildirdiyinə görə, ölkənin şimal-şərqindəki ibtidai məktəb yaxınlğında baş verən avtomobil qəzası zamanı azı 5 nəfər ölüb, 18 nəfər yaralanıb.

Çinin Mərkəzi Televiziyasının yayımladığı xəbərdə Layoninq vilayətinin sahil Huludao şəhərində qəza törədən sürücünün həbs edildiyi bildirilib.

Qəzanın çəkildiyi qrafik kadrlarda tünd rəngli avtomobilin getdiyi xətdən çıxaraq yolu keçməyə çalışan bir qrup uşağın üzərinə sürüldüyünü görmək olub.

Sürücünün avtomobili hansı səbəbdən uşaqların üzərinə sürdüyü məlim deyil. Lakin son zamanlar Çində buna bənzər bir neçə hadisə baş verib. Keçən ay bıçaqla silahlanmış bir şəxs Ninqbo şəhərində avtomobili piyadaların üzərinə sürmüş, nəticədə 2 nəfər ölmüş, 16 nəfər yaralanmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG