Accessibility links

Çində doğum nisbətləri son 70 ildə ən aşağı səviyyəyə düşüb


Hökumətin uzun müddətdir davam edən tək uşaq siyasətini yumşaltmasına baxmayaraq, Çində doğum nisbətləri hakim Kommunist Partiyasının 1949-cu ildə nəzarəti ələ keçirməsindən bəri ən aşağı səviyyəyə düşüb.

Milli Statistika Bürosunun bazar ertəsi açıqladığı məlumatlara görə, 2021-ci ilin sonunda Çin əhalisinin sayı 1,4 milyard nəfər təşkil edib, 2021-ci ildə 10,6 milyon körpə doğulub ki, bu da hər 1000 nəfərə 7,52 doğuş deməkdir. Bundan fərqli olaraq, 2020-ci ildə 12 milyon körpə doğulub ki, bu da hər 1000 nəfərə 8,52 doğuş deməkdir.

Əhalinin artım tempi 2021-ci ildə 1000 nəfərə 0,34-ə düşüb.

Azalan nisbət Pekin siyasətçilərini sürətlə qocalan əhalini dəstəkləmək üçün azalan işçi qüvvəsi ilə çalışmaq təzyiqi ilə qarşılaşdırır.

Səlahiyyətlilər 2016-cı ildə əhalinin artımını məhdudlaşdırmaq məqsədilə ailələri yalnız bir uşaqla məhdudlaşdıran 1980-ci il qanuna dəyişikliklər gətirmişdi. Yeni qanun cütlüklərə iki uşaq sahibi olmağa icazə verdi, keçən ilki qanunda isə, uşaqların sayı üçə yüksəldi.

Hesabatlarda deyilir ki, Çin tək uşaq siyasətindən əl çəksə də, getdikcə artan yaşayış xərcləri bəzi cütlüklərin daha çox uşaq sahibi olmasına mane olur.

XS
SM
MD
LG