Çində gündəlik yoluxma hallarının rekord həddə çatmasına baxmayaraq, hökumət COVID-19-la bağlı bəzi məhdudiyyətləri yumşaldır. Belə ki, dünyada ən sərt məhdudiyyətlər ölkə daxilində qəzəbə səbəb olub və etirazları artırıb.
Dünyanın ikinci ən böyük iqtisadiyyatının hələ də yeni infeksiyalar barədə məlumat verildiyi bir neçə şəhərində məhdudiyyətlər qaldırılır və müəssisələrin yenidən açılır.
Tədbirlərin yumşaldıldığını elan edən səhiyyə orqanları Pekində şam yandırmaqdan tutmuş, Quanco küçələrində polislə toqquşmalardan, eləcə də keçən həftə Sencoudakı iPhone fabrikində baş verən etirazlardan söz açmayıb.
İqtisadiyyatın onilliklərdə göründüyündən daha yavaş inkişaf edən yeni bir dövrə girməyə hazırlaşdığı bir vaxt eirazçılar Çində prezident Si Çinpinin on il əvvəl hakimiyyətə gəlməsindən bəri ən böyük vətəndaş itaətsizliyi nümayiş etdirib.
Dövlət mediasının xəbər verdiyinə görə, yoluxma sayının rekord həddə çatmasına baxmayaraq, COVID səylərinə nəzarət edən baş nazirin müavini San Çonlan virusun xəstəliyə səbəb olma qabiliyyətinin zəiflədiyini deyib.
"Omicron virusunun patogenliyi zəiflədiyi, daha çox insan peyvənd olunduğu və virusa yoluxma təcrübəsi artdıqca, ölkə epidemiyanın qarşısının alınması və nəzarətdə saxlanması ilə bağlı yeni vəzifələr qarşısındadır" - deyə, San dövlət mediasına verdiyi şərhində bildirib.
Sun, həmçinin sınaq, müalicə və karantin siyasətlərinin daha da "optimallaşdırılmasına" çağırıb.
Çin prezidentinin tətbiq etdiyi "Sıfır-COVID" siyasəti 1.4 milyard insanın gündəlik həyatını pozan sərt məhdudiyyətlər yolu ilə infeksiyaların qarşısını kəskin şəkildə alıb. Ölkənin müxtəlif yerlərində baş qaldıran etirazlar, bir çox çinlinin uzun sürən karantinlərdən və geniş yayılmış testlərdən bezdiyini göstərib.
"Sıfır-COVID" siyasətinə əsasən hər bir yoluxmuş insan təcrid edilir və bu siyasət Çinə əhalinin sayına nisbətdə yoluxmaların sayını az miqdarda saxlamağa imkan verib. Nəticədə milyonlarla çinli dörd aya qədər evlərində qapalı qalıb.