Accessibility links

Çinin 13 milyon əhalisi olan Sian şəhəri yenidən COVID məhdudiyyətlərinin tətbiqinə başlayır


COVID-19-a bir neçə yoluxma halı qeydə alındıqdan sonra çərşənbə axşamı rəsmilər Çinin Sian şəhərindəki müəssisələr, məktəblər və restoranların bir həftə bağlanacağını bildirib.

Çin yeni yoluxmaları aradan qaldırmaq üçün təcili məhdudiyyətlər, karantin tədbirləri və səyahət məhdudiyyətləri tətbiq edərək, sıfır COVID strategiyasına sadiq qalan iqtisadi cəhətdən inkişaf etmiş ən böyük ölkə olaraq qalır.

Rəsmi məlumatlara görə, keçən ilin sonunda bir ay davam edən məhdudiyyətlərdən sonra 13 milyon əhalisi olan tarixi Sian şəhərində şənbə günündən bəri sürətlə yayılan Omicron variantına 18 yoluxma halı qeydə alınıb.

Şəhər rəsmisi Çjian Suyedun çərşənbə axşamı keçirdiyi mətbuat konfransında deyib ki, Sianda həyata keçiriləcək "yeddi günlük müvəqqəti nəzarət tədbirləri cəmiyyətin mümkün qədər sakitləşməsinə, hərəkətin azalmasına və infeksiya riskinin azalmasına imkan verəcək".

Şəhər rəhbərliyi əyləncə mərkəzləri, internet kafelər və karaoke barlar da daxil olmaqla, ictimai əyləncə yerlərinin çərşənbə günü gecə yarısından etibarən qapılarını bağlayacağını bildirib.

Restoranların qapalı şəraitdə xidmət göstərməsinə icazə verilməyəcək, lakin yeməkxana xidmətləri təklif edilməkdə davam etdirilə bilər.

Məktəblər yay tətilinə erkən başlayacaq və universitetlər kampusları bağlanacaq.

Milli Səhiyyə Komissiyasının (NHC) bildirdiyinə görə, Çin çərşənbə axşamı 335 yeni yoluxma halı qeydə alıb ki, bunların əksəriyyəti asimptomatik olub.

Dünyaya Baxış

AZE Daily 08 18 2022.mp4
please wait

No media source currently available

0:00 0:10:21 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG