Accessibility links

Çin ABŞ-ın Qış Olimpiya Oyunlarına "müdaxiləyə" son qoymasını tələb edir


Çin Birləşmiş Ştatları 2022 Qış Olimpiya Oyunlarına “müdaxilə” etməkdə ittiham edib və bunu dayandırmağı tələb edib.

“Hazırda ən təcili prioritet ABŞ-ın Pekin Qış Olimpiya Oyunlarına müdaxilə etməyə son qoymasıdır,” Xarici İşlər Naziri Vanq Yi cümə axşamı ABŞ Dövlət Katibi Antoni Blinkenlə telefon danışığından sonra bildirib.

“ABŞ davamlı olaraq Çinə qarşı yanlış sözlər və əməllərdən istifadə edir, və bu da iki ölkə arasındakı münasibətlərdə yeni qarşıdurmalara səbəb olur,” Vanqa istinad edərək bildirilib.

Çinin müdaxilə ittihamı, böyük ehtimalla, gələn həftə başlayacaq Olimpiya Oyunlarının diplomatik boykotu ilə əlaqədardır.

Boykot nəticəsində ABŞ Olimpiya Oyunlarına diplomatik nümayəndə heyətini göndərməyəcək. Bundan əlavə Birləşmiş Krallıq və Avstraliya da bənzər boykot elan ediblər. Diplomatik boykotlar elan olunduğu zaman Pekin cavab olaraq Vaşinqtonun “idmanları siyasiləşdirməyə son qoymalı” olduğunu deyib.

Boykotun məqsədi Çinin şimalşərq Sincan bölgəsində uyğurlara rəftarına etiraz etməkdir. Çin soyqırım və məcburi əməkdə ittiham olunur, amma ittihamları rədd edir.

Dövlət Departamenti vebsaytında bildirib ki, Blinken və Vanq strateji risk, səhiyyə təhlükəsizliyi və iqlim dəyişikliyi məsələlərini müzakirə ediblər.

Açıqlamada Olimpiya Oyunları ilə bağlı məlumat paylaşılmayıb.

Bildirilib ki, Blinken “Rusiyanın Ukraynaya qarşı əlavə hərbi təcavüzünün yaratdığı qlobal təhlükəsizlik və iqtisadi risklərini vurğulayıb və irəli doğru aparan məsuliyyətli yolun de-eskalasiya və diplomatiya olduğunu bildirib. ”Rusiya qonşu ölkəsinə hərbi müdaxilə etmək niyyətində olduğunu inkar edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG