Accessibility links

İran-Səudiyyə Ərəbistanı danışıqlarına vasitəçilik edən Çin gizli məqsədinin olduğunu inkar edir


İran və Səudiyyə Ərəbistanının diplomatik əlaqələri bərpa etmək barədə razılığa gəldikləri danışıqlara ev sahibliyi edən Çin şənbə günü gizli məqsədinin olmadığını və Yaxın Şərqdə hər hansı “vakuumu” doldurmağa çalışmadığını bildirib.

Cümə günü İranla Səudiyyə Ərəbistanı arasında yeddi ildən sonra əlaqələrin yenidən qurulmasını və səfirliklərin açılmasını təmin edən razılıq Fars körfəzinin ərəb ölkələri Birləşmiş Ştatlaın Yaxın Şərqdə mövcudluğunu azaltdığını düşündüyü bir vaxt, Çin üçün böyük diplomatik qələbə olaraq görülür.

Xarici İşlər Nazirliyi adının açıqlanmadığı sözçüyə istinad edərək bildirib ki, Çin “heç bir eqoist mənfəət güdmür” və regionda geosiyasi rəqabətə qarşı çıxır.

Çin Yaxın Şərq ölkələrini “davamlı sülh və sabitliyi birgə təşviq etmək üçün dialoq və məsləhətləşmələr yolu ilə fikir ayrılıqlarını həll etməyə" dəstəkləməyə davam edəcək.

“Biz Yaxın Şərq ölkələrinin bu regionun ağaları kimi nüfuzununa hörmək edirik və Yaxın Şərqdə geosiyasi rəqabətin əleyhinəyik,” Xarici İşlər Nazirliyinin vebsaytına yerləşdirilən bəyanatda deyilir.

“Çinin nə vakuumu doldurmaq nə də eksklüziv bloklar yaratmaq niyyəti yoxdur və buna cəhd etməyəcək,” bəyanatda ABŞ-a istinadən deyilir. “Çin Yaxın Şərqdə sülh və sakitliyi reallaşdırmaq üçün öz fikirləri və təkliflərini təqdim etməyə davam edəcək və bu prosesdə məsuliyyətli böyük ölkə kimi öz rolunu icra edir.”

Cümə günü edilən açıqlamadan sonra Çinin yüksək vəzifəsi diplomatı Vanq Yi deyib ki, bu razılıq Çinin “ev sahibliyi edən ölkə kimi dürüstcə öz öhdəliklərini yerinə yetirən etibarlı vasitəçi” olduğunu göstərdi.

Vanq həmçinin qeyd eidb ki, “bu dünyada Ukrayna məsələsindən başqa məsələlər var və hələ də sülhə və insanların həyatına təsir edən bir çox məsələ mövcuddur.”

Çin Rusiyanın hərbi müdaxiləsini qınamadığına və ABŞ və NATO-nu münaqişəni təhrik etməkdə ittiham etdiyinə görə kəskin şəkildə tənqid olunub.Çinin usiya və Ukrayna arasında atəşkəsə və sülh danışıqlarına çağıran təklifi bir nəticə verməyib, böyük ölüçədə ona görə ki, Çinin Rusiyanı dəstəklədiyi görülür.

Ancaq Yaxın Şərqdə neytral tərəf olaraq görülür və həm İran həm də Səudiyyə Ərəbistanı, habelə İsrail və Fələstin milli idarəsi ilə gücü əlaqələri var.

Çin ötən ay İranın sərt xətt tərəfdarı prezidenti İbrahim Rəisi ilə ev sahibliyi edib və Səudiyyə Ərəbistanı neftinin əsas alıcısıdır. Çininin lideri Şi Tsinpin dekabr ayında Çinin enerji təchizatı üçün kritik olan neftlə zəngin Fars körfəzinin ərəb ölkələri görüşmək üçün Ər-Riyadı ziyarət edib. Çinin Yaxın Şərq üzrə xüsusi elçisi də tez-tez bölgəyə səfər edir.

Çin regiondakı ölkələrə dronlar və başqa silahlar satır, amma Birləşmiş Ştatların miqyasında deyil.

XS
SM
MD
LG