Accessibility links

ABŞ hərbi rəsmisi: Çin adaları yaxınlığında Amerika hərbi gəmiləri Pekin üçün təhlükə yaratmır


ABŞ hərbi qüvvələrinin başçısı bildirib ki, Cənubi Çin dənizində Çinin süni adaları yaxınlığında ABŞ hərbi gəmilərinin mövcudluğu Pekinə təhlükə yaratmır.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, ABŞ-ın raket vuran gəmisinin Spratli adaları arxipelaqına 22 kilometr məsafədə yaxınlaşması haqda qərar verməsi açıq təxribatdır.

ABŞ hərbi komandiri Admiral Harri Harris məsələni müzakirə etmək üçün Çinin hərbi rəsmiləri ilə görüşüb. Bir qədər bundan əvvəl o, ABŞ hərbi qüvvələrinin regionda mövcudluğunun dəniz və hava hövzəsindən azad və qanuni istifadənin müdafiə edilməsi məqsədi daşıdığını bildirib.

Pekin ötən il Filippin, Vyetnam, Tayvan və digər Asiya ölkələrinin regiona iddialarına məhəl qoymayaraq su altında qalmış qayalıqlar üzərində süni ada inşası layihəsinə başlayıb.

Admiral Harris Çinin Cənubi Çin dənizində iddialarını ambissiyalı adlandırıb. Lakin o, eyni zamanda, Vaşıqntonla Pekin arasında güclü diplomatik və hərbi əlaqələrin mövcudluğunu vurğulayıb. ​

XS
SM
MD
LG