Accessibility links

Pekin kəskin dumanlı hava şəraiti barədə xəbərdarlıq edib


Pekin ikinci gündür ki, kəskin dumanlı hava şəraiti barədə xəbərdarlıq verib. Çinin paytaxtı həftələrdir boğucu hava çirklənməsi problemi yaşayır.

Çinin Hidrometeorologiya Bürosu Pekinin bəzi ərazilərində 50 metrdən az görüntü barədə xəbərdarlıq edib. Bu səbədən bir çox hava limanlarında uçuşlar təxirə salınıb.

Pekində havanın çirklənməsinə dair narahatlıq artır. Şəhərin küçələri maskalı insanlarla doludur.

“Bu günlərdə uşağımın evdən bayıra çıxmasına icazə verə bilmirəm. Uşaqlar və yaşlılar evdən bayıra çıxmır. İşə gedərkən isə maska taxırıq. Belə havada bayıra çıxmaq istəmirəm və mənim halım pisləşir” deyə Pekin sakini Du Hyujinq bildirib.

Havanın çirklənməsi barədə həyəcan siqnalı Çinin şimalında adi haldır. Əsasən də enerjiyə təlabatın böyük olduğu qış fəsilində. Dumanı əsasən kömür və buxar yaradır.

Çin üçüncü ildir ki, on illərdir davam edən müdaxiləsiz iqtisadi artımdan sonra səma, torpaq və suya dəyən zərərlə mübarizə aparır. Lakin indiyədək havanın təmizlənməsi istiqamətində edilən səylər cüzi, ya da heç bir təsir etməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG