Fələstin lideri Mahmud Abbas hər iki lider Çində ikən İsrailin baş naziri Benyamin Netanyahu ilə dialoqa hazır olduğunu deyib. O, Pekində müxbirlərin suallarını cavablandırıb.
O, əslində cənab Netanyahu ilə görüşməyə etiraz etmədiyini və görüşün Çində keçirilməsini alqışladığını bildirib. Lakin o, belə bir görüş haqda hələlik heç bir razılığın olmadığını əlavə edib.
Mahmud Abbas Netanyahu ilə istənilən yerdə görüşə hazır olduğunu bildirib. Bir şərtlə ki, Netanyahu 1967-ci ildə İsraillə fələstinlilər arasında sərhədi tanısın.
İki ölkə arasında ticarət münasibətlərini möhkəmləndirmək məqsədi ilə Çinə səfər edən baş nazir Netanyahu Çinin biznes rəhbərləri ilə dünən axşam Şanxayda görüş keçirib.
Çin rəsmiləri Fələstin və İsrail liderlərinin görüşü üçün lazımi yardım göstərəcəklərini söyləyib.