Accessibility links

Çinin daş kömür mədənində baş verən partlayış 33 şaxtaçının ölümünə səbəb olub


Çinin dövlət xəbər agentliyinin bildirdiyinə görə, bazar ertəsi ölkənin cənub-qərb Çonginq regionunda daş kömür mədənində baş verən partlayış zamanı 33 şaxtaçı ölüb.

Laysu şəhərinin özəl Cinşanqu daş kömür mədənində partlayış səbəbindən itkin düşən şaxtaçılardan 20-nin cəsədi bu gün aşkar edilib.

Partlayışdan dərhal sonra 13 cəsəd aşkar edilmişdi. Ciddi dağıntılar və yüksək konsentrasiyalı zəhərli qaz axtarış səylərinə mane olur.

Hökumət ölümlə nəticələnən partlayışla əlaqədar istintaqa başlanması, yerli rəsmilər isə bölgədəki kiçik mədənlərin fəaliyyətinin müvəqqəti olaraq dayandırılması haqda göstəriş verib.

Bu ilin əvvəlində Sinhua dövlət agentliyi Çinin Milli Enerji Agentliyinə istinadən bildirmişdi ki, 2015-ci ildə ölkənin 45 daş kömür mədənində baş verən partlayışlar 171 nəfərin ölümünə səbəb olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG