Accessibility links

Çinin daş kömür mədənində qəza baş verib, ölənlər var


Dövlət mediasının bildirdiyinə görə, Çinin şimalındakı Daxili Monqolustan bölgəsindəki daş kömür mədəninin çökməsindən bir gün sonra azı 5 nəfər ölüb, 48 nəfər itkin düşüb.

Dövlət CCTV tele-kanalı "Xinjing Coal Mining Co" adlı kiçik yerli şirkətin idarə etdiyi açıq mədənin torpaq sürüşməsi nəticəsində onlarla işçinin eni yarım kilometr, hündürlüyü isə təxminən 80 m olan nəhəng dağıntının altında qaldığını bildirib.

Cümə axşamı CCTV-nin yayımladığı təhlükəsizlik kameralarının görüntülərində dağın bir tərəfindən mədən çuxuruna qaya və torpağın sürüşdüyünü, çox sayda ekskavator və digər texnikanın düşdüyünü görmək olub.

Dövlət mediası bildirib ki, torpağın altında qalan şaxtaçıların axtarışında iştirak edən 300 nəfər xilasedici ağır texnika və itlərdən istifadə edib.

Milli Səhiyyə Komissiyası çərşənbə günü axşam şaxtadan altı yaralının xilas edildiyini bildirib.

Xəstəxanaya yerləşdirilən mədənçi cümə axşamı CCTV-yə "Günorta saat 1:15-də işə təzəcə başlamışdım ki, dağdan qayaların töküldüyünü gördüm" deyib.

"Gördüm ki, vəziyyət getdikcə ciddiləşir, evakuasiya təşkil olunsa da, artıq gec idi, dağ sadəcə çökürdü" - deyə, o bildirib.

Daş kömür Çində əsas enerji mənbəyidir. Lakin illər ərzində təhlükəsizliyin təkmilləşdirilməsi üçün hökumətin dəfələrlə verdiyi göstərişlərə baxmayaraq, onun mədənləri əsasən təhlükəsizlik standartlarının zəif yerinə yetirilməsinə görə dünyanın ən ölümcül mədənləri arasındadır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG