Accessibility links

Çinin daş kömür mədənində partlayış olub


Çinin daş kömür mədənində baş verən qaz partlayışı zamanı azı 18 nəfər ölüb, 2 nəfər itkin düşüb. Çin rəsmiləri partlayışın qeyri-qanuni mədənçilik fəaliyyətləri səbəbi ilə baş verdiyini bildirib.

Çinin dövlər mediası partlayışın çərşənbə axşamı səhər ölkənin şimal-qərb bölgəsindəki Şizuşan şəhərində, 20 nəfərin işlədiyi kiçik daş kömür mədəinində baş verdiyini bildirib.

Sinhua xəbər agentliyi ilkin istintaqın nəticələrinə görə partlayışa mədən işinin qeyri-qanuni aparılmasının səbəb olduğunu bildirsə də, dövlətin digər xəbər agentlikləri bu barədə ətraflı məlumat verməyib.

Bu gün keçirilən mətbuat konfransında iştirak edən yerli rəsmilər partlayışın baş verdiyi mədənin sahibi olan "Linli Daş Kömür Mədəni Co. Ltd." şirkətinin nümayəndlərinin polisin nəzarətinə alındığını bildirib.

Şizuşan şəhərinin vitse-meri Vu Yoqo mədəndəki ağır qazın və dağıntıların xilasetmə işlərini çətinləşdirdiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG