Accessibility links

Çin nüvə enerjisi stansiyalarının inşasını bərpa edir


Çİn ötən il Yaponiyanın Fukuşima faciəsindən sonra yeni nüvə enerjisi obyektlərinin tikintisinə qoyulmuş qadağanı aradan qaldırıb. Çin rəsmiləri yalnız sahil ərazisindəki obyeklərin tikintisinə icazə verildiyini deyib.

Çinin Dövlət Şurası dünən az sayda nüvə enerjisi stansiyasının 2015-ci ilədək tikilməsinə icazə vermək qərarına gəlib. Çin hökuməti obyektlərin beynəlxalq təhlükəsizlik standartlarına cavab verəcəyinə söz verib.

Çin hökuməti nüvə enerjisinin təhlükəsizliyinə zəmanət verən hərtərəfli və ciddi tədbirlərinin keçirildiyini deyib.

Hökumət yeni nüvə obyektlərinin tikintisini Yaponiyanın Fukuşima nüvə obyektində baş vermiş qəzadan sonra dayandırmışdı.
XS
SM
MD
LG