Accessibility links

Çin prezidenti Pakistana səfər edib


Çin prezidenti Si Tzinpin enerji və infrastruktur layihələrini müzakirə etmək üçün Pakistanın paytaxtı İslamabada iki günlük səfər edib.

Tərəflər səfərin başlıca mövzusu olan Çinlə Pakistan arasında iqtisadi dəhlizi müzakirə edəcək. Bir neçə yol, dəmir yolu və qaz və neft kəmərlərindən ibarət olacaq dəhliz Pakistanın cənubunda dəniz limanı Qvadardan Çinin cənub-qərbinə qədər uzanacaq.

Bu dəhliz Çinin Asiyanı yol və dəniz vasitəsi ilə Avropaya birləşdirəcək İpək Yolu layihəsinin bir hissəsidir. Çin Han sülaləsi dövründə sahib olduğu şöhrətli vaxtları geri qaytarmağa səy göstərir.

Çinin dövlət televiziyası müsahibəsində Çinin Pakistandakı səfiri San Veidonq deyib ki, Pekin Pakistanla iki ölkənin maraqları müdafiə etmək məqsədi ilə birgə razılıq əldə edib.

Lakin Pakistanın Bəluçistan vilayətində və digər bölgələrdə separatçı yaraqlıların fəaliyyətləri bu inkişafa mane olur.

Prezident Tsinin ötən ay üçün nəzərdə tutulmuş səfəri hökumət-əleyhinə nümayişlər səbəbi ilə təxirə salınmışdı.

XS
SM
MD
LG