Accessibility links

Çinin şimal-şərqində çirkli havaya görə bəzi şəhərlərdə ictimai fəaliyyət dayandırılıb


Çinin şimal-şərq bölgələrini çirkli tullantılar nəticəsində yaranmış duman bürüyüb. Çirkli hava şəraiti insanlarda öskürəyə səbəb olur.

Qatı duman Harbin şəhər rəsmilərini məktəblər və şəhərin beynəlxalq hava limanını bağlamağa vadar edib.

Hava xidməti bürosunun rəsmiləri deyib ki, şəhərdə tullantılar nəticəsində havanın çirklənməsinin səviyyəsi Dünya Səhiyyə Təşkilatının sağlamlığa təhlükəsizlik üçün müəyyən etdiyi səviyyədən 40 dəfə çoxdur.

Rəsmilər çırkli hava şəraitinin 24 saat davam edəcəyinin gözlənildiyini deyib.

Son illər sürətli iqtisadi inkişaf və daş kömürdən geniş istifadə nəticəsində Çində ətraf mühitin çirklənməsi probleminin həllini yüksək ehtiyac duyulur.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG