Accessibility links

Çin prezidenti Afrika qitəsinə səfər edib


Çin prezidenti Tsi Cinpinq Afrika qitəsinə ilk səfərində Çinin Afrika ölkələri ilə münasibətlərini yüksək qiymətləndirib.

Cənab Tsi tanzaniyalı həmkarı Cakaya Kikvete ilə görüşüb. Danışıqlardan sonra liderlər bir sıra ticari, mədəni və inkişaf müqavilələrinin imzalanmasını izləyib.

Onun səfərinin məqsədi Afrika ölkələrinin liderlərinə Çinin Afrika qitəsi ilə münasibətlərini intensivləşdirəcəyini nümayiş etdirməkdir.

Çin lideri daha sonra BRHÇC qrupunun mart ayının 26-ı və 27-i Cənubi Afrikanın Durban şəhərində keçirilən 5-ci zirvə görüşünə qatılıb. Blok Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika ölkələrindən ibarətdir.

Cənab Tsi Tanzaniyaya Moskvadan gedib. Moskvada o, Rusiaya prezidenti Vladimir Putinlə görüşüb.
XS
SM
MD
LG