Accessibility links

Çin ABŞ-ın Çin dənizinə iki hərbi gəmi göndərməsindən narahatdır


Çin hökuməti Birləşmiş Ştatların Cənubi Çin dənizindəki “ərazi suları”na iki hərbi gəmi göndərməsindən narahatlığını dilə gətirib.

ABŞ rəsmiləri mayın 27-də iki gəminin mübahisəli Parasel adalarının 12 dəniz mili yaxınlığına göndərildiyini açıqlayıb.

Çin ordusu ABŞ gəmilərinin mövcudluğu təsdiqləmək üçün dərhal hərbi gəmilər göndərib və ABŞ tərəfinə “ərazidən çıxmaq xəbərdarlığı” edib. Məlumatı Çinin Xarici İşlər Nazirliyi yayıb.

ABŞ ordusu beynəlxalq qanunvericiliyə uyğun olaraq donanmasının istənilən zonada üzmək və əməliyyat keçirmək hüququnu təsdiqlətmək üçün “naviqasiya azadlığı” təlimləri keçirdiyini bildirir.

Çin mübahisəli Parasel adalarımı cənubi Hainan vilayətinə birləşdirib. Bu adalar turizm məkanı kimi hazırlanır, eləcə də silah sistemləri ilə təmin olunur ki, Çinin bütünlükdə Cənubi Çin dənizinə iddiasını təmin edə bilsin.

Birləşmiş Ştatlar isə Pekinin Cənubi Çin Dənizini “davamlı hərbləşdirməsi”ni pisləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG