Accessibility links

Pelosinin Tayvana səfərindən bir neçə gün keçməsinə baxmayaraq, Çinin hiddəti davam edir


Tayvan hərbi rəsmilərinin bildirdiyinə görə, Pekinin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərindən sonra keçirdiyi hərbi təlimlər davam etdirdiyi bir vaxt, Çin bir neçə döyüş təyyarəsi və gəmisini Tayvan Boğazının həssas orta xəttinə göndərib.

Tayvan ordusunun verdiyi açıqlamada Çinin kəşfiyyat təyyarələri və hərbi gəmilərinin fəaliyyətini izlədiyini və bunun “yüksək təxribat xarakterli” olduğunu bildirib. Artıq ikinci gündür ki, Çin təyyarələri və gəmiləri orta xətti, faktiki dəniz sərhədi keçib.

Çin Tayvan ətrafında təyin olunmuş altı zonada dörd günlük hərbi təlimlər elan edib. İndiyə qədər Tayvan və ABŞ rəsmilərinin vəziyyəti gərginləşdirmək istəmədiklərini demələrinə baxmayaraq, təlimlər səhv hesablama qorxusunu artırır.

Xalq Azadlıq Ordusunun sosial şəbəkəsində paylaşılan məlumata görə, cümə günü Çin ordusu Tayvanın şimalında, cənub-qərbində və şərqində hava və dəniz döyüş təlimləri keçirib.

Bir gün əvvəl Çin Tayvan sahilləri yaxınlığındakı sulara azı 11 raket atıb. Yaponiyanın müdafiə rəsmiləri azı dörd raketin Tayvan üzərindən keçdiyini bildirib. Hərbi analitiklər bunu presedenti olmayan təxribat kimi qiymətləndirib.

Raketlərdən beşi Yaponiyanın eksklüziv iqtisadi zonasına düşüb və bu, Tokionun qəti şəkildə qınağına səbəb olub.

Çin Pelosinin təxminən 24 milyon əhalisi olan demokratik ada Tayvana həmrəyliyini ifadə etmək məqsədli səfərindən qəzəblənib. Tayvana heç vaxt nəzarət etməməsinə baxmayaraq, Çin Kommunist Partiyası adanın Çinin vilayəti olduğunu təkid edir və lazım gələrsə, onu zorla alacağına söz verib.

Cümə günü Çinin Xarici İşlər Nazirliyi Pelosi və onun yaxın qohunlarına qarşı sanksiyalar tətbiq etdiyini elan edərək, qanunvericini “Çinin daxili işlərinə ciddi müdaxilə etməkdə” ittiham edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG