Accessibility links

Tayvanın Çin siyasəti üzrə rəsmisi gərginlik davam etdiyi vaxt ABŞ-a səfər edəcək


Tayvanın Əsas Çin Ərazisi Siyasəti Şurasının (MAC) rəhbəri Çiu Tai San rəsmilərlə görüşmək və Vaşinqtonun iki analitik mərkəzində keçiriləcək Tayvan boğazında əlaqələrə həsr edilmiş tədbirlərdə çıxış etmək üçün sentyabrın əvvəlində ABŞ-a səfər edəcək.

Bu arada, Ağ Ev bildirib ki, Çin Tayvan Boğazı üzərində qırıcı təyyarələrinin uçuşunu davam etdirməklə, Tayvana qarşı hərbi fəaliyyətlərini “yeni normaya” çevirməkdə davam edir.

Çin amerikalı qanunvericilər və rəsmilərinin Tayvan rəsmiləri ilə qarşılıqlı əlaqəsini “təxribat" və Pekinin suverenliyinin pozulması adlandıraraq ABŞ və Tayvan rəsmiləri arasındakı istənilən görüşə qarşıdır.

MAC-ın verdiyi xəbərə görə, Çiu sentyabrın 6-da Brukinqs İnstitutunda, ertəsi gün isə Yeni Amerika Təhlükəsizliyi Mərkəzi (CNAS) və Tayvanda yerləşən Prospekt Fondunun birgə təşkil etdiyi seminarda açılış nitqi ilə çıxış edəcək.

Məlumatda qeyd olunub ki, bu, Tayvan-ABŞ Analitik Mərkəzlərinin əməkdaşlığının 13-cü ildir və bu cür görüşlər Tayvan boğazı boyunca münasibətlərə dair fikir mübadiləsinə yönəlmiş təcrübədir.

Çiunun Vaşinqtona səfəri ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosi, Demokrat və Senatın Xarici Əlaqələr Komitəsinin üzvü, senator Edvard Marki, İndiana ştatının qubernatoru, Respublikaçı Erik Holkomb və Respublikaçı senator və Senatın Silahlı Qüvvələr Komitəsinin üzvü Marşa Blekberin özünü idarə edən adaya ardıcıl səfərlərindən sonra Çinin Tayvan boğazı ətrafında hərbi manevrləri artırmağa davam etdiyi vaxta təsadüf edir.

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG