Accessibility links

Çin: İdxal tariflərinin azaldılması Vaşinqtona güzəştə getmək demək deyil


Çin bildirib ki, ABŞ Pekinlə ticarət mübahisəsini kəskinləşdirsə, Çin cavab verməyə gecikməyəcək.

Ticarət Nazirliyinin sözçüsü deyib ki, Çin prezidenti Şi Cinpinqin idxal tariflərini azaltması Vaşinqtona güzəştə getmək demək deyil.

“Şinin bu həftə verdiyi vədinin ABŞ-a güzəşt olduğunu düşünmək tamamilə səhvdir. Çinin gələcək planları barədə əhəmiyyətli təşəbbüslərini elan etməsi Çinin hazırkı inkişaf səviyyəsini qiymətləndirməsi nəticəsində və Çinin yeni erada daha da yüksək səviyyəyə qalxması üçün əldə edilmiş mühüm strateji qərarıdır. Bu, Çinin inkişaf maraqlarıdır və bunun Çinlə ABŞ arasında ticarətlə bağlı fikir ayrılığı ilə heç bir əlaqəsi yoxdur ” - deyə, Çin Ticarət Nazirliyinin sözçüsü bildirib.

ABŞ prezidenti Donald Tramp buna tviterdə cavab yazaraq Çin prezidentinə tarif, ABŞ avtomobil istehsalçılarına şərait yaratmasına və intellektual mülkiyyətin qorunması məsələsini işıqlandırmasına görə təşəkkür edib.

Tramp bazar ertəsi Çinin idxal tariflərini ABŞ-ın 2.5 faiz tarifləri ilə müqayisədə 25 faizdə saxlamasını tənqid etmişdi.

Ticarət Nazirliyinin sözçüsü Qao deyib ki, hər iki tərəf üçün tariflərin eyni olmasını tələb etmək məntiqli deyil və Dünya Ticarət Təşkilatının qaydalalarında ikitərəfli münasibətlərdə tariflərin eyniləşdirilməsinə dair tələb yoxdur.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG