Accessibility links

Çin Trampın sonuncu tarif qərarına cavab veriləcəyini bildirib


Birləşmiş Ştatlar və Çin arasında başlamaqda olan ticarət müharibəsi nəticəsində Pekin Trampın 200 milyard dollar dəyərində minlərlə Çin məhsuluna 10 faizlik tarifin tətbiq edilməsi qərarı ilə bağlı cavab addımları atacağını bildirib.

Çinin ticarət naziri bu qərarı tamamilə qəbuledilməz adlandırıb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq: “ABŞ ticarət məsələlərində həmişə hədələyici mövqedə olub. Çin özünün qanuni hüquqlarını qorumaq üçün lazımi addımlar atacaq. Əlavə etmək istəyirəm ki, bu, birtərəflilik və çoxtərəflilik, proteksionizm və azad ticarət, güc və qaydalar arasında olan bir mübarizədir. Çin beynəlxalq ictimaiyyətlə bərabər doğru tərəfdə dayancaq və birlikdə çoxtərəfli ticarət sistemini qoruyacaq.”

Təklif edilən yeni ABŞ tarifləri daha öncə 50 milyard dollar dəyərində Çin məhsullarına iki mərhələli tariflərin tətbiq edilməsi qərarından sonraya təsadüf edir.

Tramp administrasiyasının sonuncu addımının hər iki partiyanın dəstəyinə malik olmasına baxmayaraq, Nümayəndələr Palatasının spikeri Pol Rayan çərşənbə axşamı prezidentin tariflərlə bağlı qərarının əleyhinə çıxış edərək, bunun “atılmalı olan doğru addım” olmadığını deyib.

XS
SM
MD
LG